6 Sentyabr 2010, Bazar ertəsi  bbu.edu.az Web   AXTAR  AZ   EN   RU
Universitet haqqında
Tədris
Nailiyyətlərimiz Bizness
Tədbirlər
Kitabxana
ANA SƏHİFƏ
UNİVERSİTET HAQQINDA
REKTORLUQ
FAKÜLTƏLƏR
KAFEDRALAR
XƏBƏRLƏR
TƏDRİS-TƏLİM PROSESİ
TREYNİNQ MƏRKƏZİ
TƏDBİRLƏR
ELMİ-TƏDQİQAT İŞLƏRİ
KİTABXANA
BEYNƏLXALQ ƏLAQƏLƏR
İCTİMAİ İŞLƏR
İDMAN
QƏBUL QAYDALARI
LİNKLƏR
BİZİMLƏ ƏLAQƏ
 
Universitetlə tanışlıq
Foye
Akt zalı
Treyninq zalı
İdman zalı

Azərbaycan
 
 

 

Ana səhifə » Beynəlxalq əlaqələr  

Beynəlxalq əlaqələr

Bakı Biznes Universiteti fəaliyyət göstərdiyi qısa zaman ərzində dünyanın bir çox qabaqcıl elm və təhsil mərkəzləri ilə sıx işgüzar əlaqələr yaratmışdır. Bakı Biznes Universitetinin Beynəxalq əlaqəlqr şöbəsi fəaliyyətinə 2004-cü il aprel ayında başlamışdir. Şöbənin əsas məqsədi Bakı Biznes Universitetinin beynəlxalq imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərməkdir. Bundan başqa yeni əməkdaşlıq formalarının qurulması (yerli və xarici elm müəssisəlsəri, təşkilatlar və s.) aktual məsələlərə həsr olunan layihələrin hazırlanması, müxtəlif beynəlxalq konfransların, simpoziumların, seminarların, görüşlərin və digər mədəni-elmi tədbirlərin təşkil olunması istiqamətində real addımlar atılmış va gələcəkdə bu işlərin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Bakı Biznes Universitetinin rəhbərliyi tez-tez xarici ölkələrin inkişaf etmiş ali məktəblərinin professor-müəllim heyəti ilə görüşlər keçirir. Moskva Sahibkarlıq Akademiyasının, İngiltərəinin Edinburq Universitetinin və Türkiyənin Süleyman Dəmirəl adına Universitetinin professorları Bakı Biznes Universitetində təşkil olunmuş elmi-nəzəri, elmi-praktiki konfranslarda çıxışlar etmişlər. Bakı Biznes Universitetinin professorları dünyanın bir çox qabaqcıl universitetlərində keçirilən beynəlxalq konfranslarda çıxış etmişlər. Azərbaycanda olan ABŞ, İngiltərə, Almaniya və Türkiyə şirkətləri ilə təqdimat xarakterli görüşlər də Bakı Biznes Universitetində keçirilmişdir. Beynəlxalq təşkilatların nümayəndələri, görkəmli elm xadimləri və biznesmenlər Universitetdə tez-tez tədbirlərdə iştirak edirlər. ABŞ, İngiltərə və Rusiya Federasiyasından olan məşhur professorlar Universitetin tələbələri qarşısında iqtisadiyyatın müxtəlif sahələrindən bəhs edən mühazirələrlə çıxış etmişlər.

Beynəlxalq əlaqələr şöbəsi xarici ölkələrdə təhsil sahəsində fəaliyyət göstərən tanınmış üniversitetlərlə əlaqələr yaratmaq məqsədi ilə həmin ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri və nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə ABŞ, FRANSA, RUSİYA, YUNANISTAN, TÜRKİYƏ, ALMANİYA, İTALİYA, GÜRCÜSTAN və digər ölkələrin tanınmış universitetləri ilə əməkdaşlıq haqda müqavilələr imzalanmış, bəziləri ilə isə imzalanmaq ərəfəsindədir. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən Ali təhsil müəssisələri (akademiya, universitet, institut, elmi-tədqiqat institutları, mərkəzlər, forumlar və s.) ilə əldə edilmiş əməkdaşlıq haqqında razılığa əsasən tələbə, magistr, aspirant, müəllim mübadiləsi, habelə əməkdaşlığın digər formalarının təşkili ilə bağlı ikitərəfli və çoxtərəfli müqavilə, saziş və memorandumların hazırlanması və reallaşdırılması həyata keçirilir. Beynəlxalq əlaqələr şöbəsi xarici qurumlarla əlaqələri genişləndirərək Yaponiya, Böyük Britaniya, Almaniya, ABŞ, Türkiyə, Fransa səfirlikləri və bir sıra digər təşkilatlarla: məsələn, Açıq Cəmiyyət İnstitutu, BMT-nin Resurs Mərkəzi, YUNESKO, YUNİSEF, Dünya Bankı, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, BP, CHevron, EXXON-Mobil, İTOCHU, Devon, JAOC, Citizens Democracy, Lukoil, Unocal-Khazar Ltd, İREX, BMT-nin inkişaf proqramı, ACCELS, DAAD, OXFAM, NDİ, İSAR, ÜLİ, ÜHİA, İFES, CRDF, CRRC, Beynalxalq Humanitar, AYREKS, Amerikanın Sülh Korpusu, AYARDI, Dünyanı öyrənmək, Statoil Absheron, British Consulate, CDC və Avrasiya, Makartur SOROS, Bill və Melinda Qeyts, Rokfeller fondları ilə ikitərəfli münasibətlər yaratmışdır.

Universitet xarici ölkələrin biznes və iqtisadiyyat yönümlü qabaqcıl ali təhsil ocaqları ilə əlaqələr yaratmışdır. BBU hazırda Rusiya Fedarasiyasının Sankt-Peterburq Maliyyə İqtisad Universiteti, Moskva Sahibkarlıq Akademiyası, Kazan Maliyyə Universiteti, Turkiyənin İsparta şəhərindəki Süleyman Dəmriəl Universiteti ilə sıx əməkdaşlıq edir.

Dünya Bankı, BMT, ATƏT, Avropa Şurası, Yaponiya, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya, Almaniya, Fransa, Rusiya, İtaliya, İsrail, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Qırğızıstan, Çin, Yunanıstan, Hindistan, İran, İraq, Misir, Pakistan, Liviya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Polşa və Ruminiya şirkətləri ilə əlaqələr qurulmuş, ikitərəfli münasibətlər cərcivəsində Universitetimizə 100-ə yaxın ictimai və iqtisadi ədəbiyyatlar, jurnallar, bukletlər hədiyyə edilmişdir. Beynəxalq əlaqələr şöbəsi öz fəaliyyətini daha da genişləndirərək Beynəlxalq təşkilatların elan etdiyi qrant müsabiqələrində iştirak etmişdir.

Hal-hazırda Universitet Avropa və ABŞ-nın müxtəlif universitetləri ilə, eləcə də ABŞ, Böyük Britaniya və Yaponiya səfirlikləri ilə əməkdaşlıq üçün fəal iş aparır. Universitet həmçinin müxtəlif yerli və beynəlxalq humanitar təşkilatlarla, o cümlədən CDC, Yourth Development orqanization və digərləri ilə fəal işlər görür. Professor-müəllim və magistr dərəcəsi almış tələbələr təcrübə toplamaq və təhsil almaq məqsədi ilə ABŞ, Fransa, Almaniya, Hindistan və başqa ölkələrə göndərilirlər.

 

Səbinə Elxan qızı Poladova
filologiya elmləri namizədi,
“Beynəlxalq əlaqələr” şöbəsinin müdiri

Səbinə Elxan qızı Poladova 1974-cü ildə anadan olmuşdur. 1981-ci ildə Bakı şəhəri Xətai rayonu 249 nömrəli orta məktəbin birinci sinfinə getmiş və 1991-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. O, həmin il Azərbaycan Xarici Dillər Universitetinin ingilis-fransız dili fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin Elmi Şurasının qərarı ilə “İngilis dilinin fonetikası” kafedrasında elmi yaradıcılıqla məşğul olmaq üçün saxlanılır.

Səbinə Elxan qızı Poladova 1998-ci ildə Azərbaycan Dillər Universitetinin aspiranturasına qəbul olunur və 2004-cü ildə dissertasiya işini müdafiə edərək “German dilləri” ixtisası üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülür.

2003-2004-cü illərdə Bakı Biznes Universitetində “Dillər” kafedrasının müdiri, 2008-ci ildən hazırkı dövrədək “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri vəzifəsində çalışır.

O, 14 elmi əsərin və 2 kitabın müəllifidir. Hal-hazırda doktorluq dissertasiyası üzərində çalışır.

Elanlar
 2009-cu il dekabrın 25-də Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni – 2010-cu ilin gəlişi münasibətilə bayram şənliyi keçiriləcəkdir. Bu bayramlarla əlaqədar idmanın müxtəlif növləri – voleybol, stolüstü tennis, basketbol, futzal, dama, şahmat üzrə universitet birinciliyi keçiriləcəkdir
 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl təntənələri ilə əlaqədar Universitetdə kompleks şəkildə bədii proqram və idman tədbirləri planlaşdırırlır (futzal, voleybol, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, karate, armrestlinq).
 29 dekabr 2007-ci il tarixdən 25 yanvar 2008-ci il tarixədək Universitetdə qış imtahan sessiyası keçirələcək.
 12-24 noyabr 2007-ci il tarixdə Universitetdə bütün kurslar üzrə sınaq imtahanları keçiriləcək.
 Universitetin «Gənc biznesmenlər» şən və hazırcavablar komandası «Space» televiziya kanalının «Yeni bakılılar» klubu ilə birgə layihəsi əsasında ali məktəblərarası respublika çempionatında iştirak edəcək.

"Audit" jurnalı

Elektron kitabxana
 
Ana səhifəyə keçSaytın xəritəsiƏlaqə
yuxarı   yuxarı
Tel: (+99412) 4317951, (+99412) 4319118
Faks: (+99412) 4300780
E-po?t: info@bbu.edu.az
Copyright © 2007, BBU