 |
Ana səhifə » Fakültələr |
|
 |
Fakültələr:
Fakültə dekanlarının vəzifələri:
- Mövcud normativ-hüquqi aktlara uyğun olaraq fakültədə tədrisin təşkili və
Elmi Şuranın qəbul etdiyi qərarları icra edir;
- Müəllimlərin mühazirə, seminar və laboratoriya məşğələlərinin keyfiyyəti
üzərində nəzarət edir;
- Dövri olaraq kafedraların tədris, elmi, mədəni-kütləvi və digər ictimai
işlər sahəsindəki fəaliyyətini yoxlayır və fakültə Elmi Şurasında müzakirə
edir;
- Fakültədə dərs aparan müəllimlərin mühazirə mətnləri, məşğələ
materialları, proqram və digər tədris vəsaitləri ilə təminatına nəzarət edir;
- Tələbələrin dərsə davamiyyəti və mənimsəmə səviyyəsi üzərində nəzarət edir,
zəruri hallarda valideynlərlə sıx əlaqə yaradır;
- Professor-müəllim heyəti arasında sağlam mənəvi iqlim şəraitinin
yaradılması sahəsində mütəmadi olaraq müvafiq işlər aparır;
- Tələbələrin mühazirə və məşğələ dərsləri ilə optimal yüklənmələri üzərində
nəzarət edir;
- İmtahanların təşkili, keçirilməsi və nəticələrinin kafedralarda, fakültə
Elmi Şurasında müzakirə edilməsi üzərində nəzarət edir;
- Fakültə üzrə cari işlərin yerinə yetirilməsinə nəzarət edir.
|
|
|
Elanlar |
 |
|
2009-cu il dekabrın 25-də Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni – 2010-cu ilin gəlişi münasibətilə bayram şənliyi keçiriləcəkdir. Bu bayramlarla əlaqədar idmanın müxtəlif növləri – voleybol, stolüstü tennis, basketbol, futzal, dama, şahmat üzrə universitet birinciliyi keçiriləcəkdir |
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl təntənələri ilə əlaqədar Universitetdə kompleks şəkildə bədii proqram və idman tədbirləri planlaşdırırlır (futzal, voleybol, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, karate, armrestlinq). |
29 dekabr 2007-ci il tarixdən 25 yanvar 2008-ci il tarixədək Universitetdə qış imtahan sessiyası keçirələcək. |
12-24 noyabr 2007-ci il tarixdə Universitetdə bütün kurslar üzrə sınaq imtahanları keçiriləcək. |
Universitetin «Gənc biznesmenlər» şən və hazırcavablar komandası «Space» televiziya kanalının «Yeni bakılılar» klubu ilə birgə layihəsi əsasında ali məktəblərarası respublika çempionatında iştirak edəcək. |
|
|
|
|