İdman
Bakı Biznes Universitetində hər semestrdə müxtəlif idman
növləri üzrə qruplar və fakültələr arasında yarışlar keçirilir:
- Futbol
- Futzal
- Voleybol
- Basketbol
- Stolüstü tennis
- Armrestlinq
- Kikboksinq
- Sanda
- U-şu
- Şahmat
Bakı Biznes Universitetində müasir standartlara uyğun olan
idman zalı, stolüstü tennis, trenajer zalı vardır.
Bakı Biznes Universitetinin idman kompleksində
professor-müəllim heyətinin, texniki işçilərin və tələbələrin asudə vaxtının
səmərəli keçməsi üçün bütün şərait yaradılmışdır. Universitetdə hər idman növü
üzrə peşəkar idmançı-məşqçilər çalışırlar.
İdman dərslərindən əlavə idman seksiyaları fəaliyyət
göstərir. Əlavə idman seksiyalarına professor-müəllim heyəti, tələbələr və arzu
edənlər müraciət edə bilərlər.
 
Əlavə idman seksiyaların qrafiki
| |
Voleybol
məşqçi-müəllim A. Sayadov |
Basketbol
məşqçi-müəllim A. Sayadov |
Kikboksinq
məşqçi-müəllim A. Sayadov |
Şahmat məşqçi-müəllim Q. Namazov |
| I-ci gün |
|
14:00-16:00 |
|
|
| II-ci gün |
14:00-16:00 |
|
18:00-19:30 |
|
| III-cü gün |
|
14:00-16:00 |
|
14:00-16:00 |
| IV-cü gün |
14:00-16:00 |
|
18:00-19:30 |
|
| V-ci gün |
|
14:00-16:00 |
|
14:00-16:00 |
| VI-cı gün |
14:00-16:00 |
|
18:00-19:30 |
|
Bizim çempionlar
Universitetin
fəxrləri kikboksinq üzrə ikiqat Avropa və Dünya çempionu olan Bakı Biznes
Universitetinin məzunları Emin Süleymanov, eləcə də armrestlinq üzrə beynəlxalq
turnirlərin qalibi, Azərbaycan çempionu Zurab Bəxtiyarov və kunq-fu sanda üzrə
üçqat dünya çempionu, Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının Hakimlər
Kollegiyasının sədri, BBU idman klubunun rəhbəri Asif Sayadovdur.
Müxtəlif
illərdə karate üzrə beynəlxalq yarışların qalibləri Orxan Süleymanov, Urman
Salahov, Elçin Hüseynov, Ramal Məmmədov, sambo güləşi üzrə ikiqat Avropa
çempionu, bir sıra beynəlxalq turnirlərin qalibləri Hikmət Həsənov, Ceyhun
Osmanov, kikboksinq üzrə respublika və beynəlxalq turnirlərin mükafatçıları
Ramiz Babayev, Kənan Rzayev, Elmar Xəlilov, Rəşad Məmmədov, Elman Səftərov, Zaur
İsgəndərov və digər tələbə-idmançılarımız öz uğurlu çıxışları ilə çempionat və
yarışlarda müstəqil Azərbaycanımızın bayrağını dəfələrlə ucaltmışlar.
Azərbaycan Kunq-fu Federasiyasının 25-28 mart 2007-ci il tarixində keçirdiyi XV
Respublika Çempionatında müvəffəqiyyətlə iştirak edən Bakı Biznes
Universitetinin idman klubu I yer tutmuş, klubun 9 idmançısı I-III yerlərə layiq
görulmüşlər, belə ki, 5 qızıl, 3 gümüş və 1 bürünc medal qazanılmışdır.
Fotoqalereya
|