6 Sentyabr 2010, Bazar ertəsi  bbu.edu.az Web   AXTAR  AZ   EN   RU
Universitet haqqında
Tədris
Nailiyyətlərimiz Bizness
Tədbirlər
Kitabxana
ANA SƏHİFƏ
UNİVERSİTET HAQQINDA
REKTORLUQ
FAKÜLTƏLƏR
KAFEDRALAR
XƏBƏRLƏR
TƏDRİS-TƏLİM PROSESİ
TREYNİNQ MƏRKƏZİ
TƏDBİRLƏR
ELMİ-TƏDQİQAT İŞLƏRİ
KİTABXANA
BEYNƏLXALQ ƏLAQƏLƏR
İCTİMAİ İŞLƏR
İDMAN
QƏBUL QAYDALARI
LİNKLƏR
BİZİMLƏ ƏLAQƏ
 
Universitetlə tanışlıq
Foye
Akt zalı
Treyninq zalı
İdman zalı

Azərbaycan
 
 

 

Ana səhifə » Rektorluq » Rektor  

İBAD MUSA OĞLU ABBASOV
iqtisad elmləri doktoru, professor,
Bakı Biznes Universitetinin təsisçisi və rektoru

İbad Musa oğlu Abbasov 1953-cü ildə müəllim ailəsində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Respublikası Ağcabədi 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1974-cü ildə ordu sıralarından tərxis edilmiş və həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Uçot-iqtisad» fakültəsinə daxil olmuş və 1978-ci ildə həmin institutu bitirmişdir. İbad Musa oğlu Abbasov 1978-ci ildən 1993-cü ilədək bir sıra məsul vəzifələrdə çalışmış və sıravi mühasiblikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. 1988-ci ildə Sankt-Peterburq şəhərində namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş və iqtisad elimləri doktoru elmi dərəcəsini almışdır.

İbad Musa oğlu Abbasova 1993-cü ildə elm və təhsildəki nailiyyətlərinə görə «Mühasibat uçotu və audit» ixtisası üzrə professor elmi adı verilmişdir.

Professor İbad Musa oğlu Abbasov bazar iqtisadiyyatı münasibətləri şəraitində iqtisadçı kadr hazırlığına olan tələbatı nəzərə alaraq 1992-ci ildə Bakı Biznes Universitetini təsis etmiş və həmin dövrdən də onun təsisçisi, rektorudur.

İbad Musa oğlu Abbasovun Respublikamızda iqtisad elminin və xüsusilə auditin elmi-praktiki inkişafında xüsusi xidməti vardır. O, bu sahədə ümumilikdə 150 çap vərəqi həcmində elmi əsərlərin , o cümlədən 4 monoqrafiyanın, 4 tədris-metodik vəsaitin və 2 dərsliyin müəllifidir. Onun 35-ə yaxın elmi məqaləsi və əsərləri xarici ölkələrdə nəşr edilmişdir. Respublikamızda və MDB ölkələrində böyük nüfuza malik olan elmi-praktiki «Audit» jurnalının təsisçisi və baş redaktorudur.

İbad Musa oğlu Abbasovun Respublikamızda iqtisadçı kadrların hazırlığında böyuk əməyi vardır. Bu xidmətinə görə o, 1996-cı ildə Yusif Məmmədəliyev adına xüsusi mükafata və 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. O, eyni zamanda ölkənin içtimai-siyasi həyatında yaxından iştirak edir və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının idarə heyətinin üzvüdür.

Elanlar
 2009-cu il dekabrın 25-də Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni – 2010-cu ilin gəlişi münasibətilə bayram şənliyi keçiriləcəkdir. Bu bayramlarla əlaqədar idmanın müxtəlif növləri – voleybol, stolüstü tennis, basketbol, futzal, dama, şahmat üzrə universitet birinciliyi keçiriləcəkdir
 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl təntənələri ilə əlaqədar Universitetdə kompleks şəkildə bədii proqram və idman tədbirləri planlaşdırırlır (futzal, voleybol, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, karate, armrestlinq).
 29 dekabr 2007-ci il tarixdən 25 yanvar 2008-ci il tarixədək Universitetdə qış imtahan sessiyası keçirələcək.
 12-24 noyabr 2007-ci il tarixdə Universitetdə bütün kurslar üzrə sınaq imtahanları keçiriləcək.
 Universitetin «Gənc biznesmenlər» şən və hazırcavablar komandası «Space» televiziya kanalının «Yeni bakılılar» klubu ilə birgə layihəsi əsasında ali məktəblərarası respublika çempionatında iştirak edəcək.

"Audit" jurnalı

Elektron kitabxana
 
Ana səhifəyə keçSaytın xəritəsiƏlaqə
yuxarı   yuxarı
Tel: (+99412) 4317951, (+99412) 4319118
Faks: (+99412) 4300780
E-po?t: info@bbu.edu.az
Copyright © 2007, BBU