 |
Ana səhifə » Tədris-təlim prosesi » Bakalavr |
|
 |
Bakalavr
Bakı Biznes Universitetində Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamı və Respublika Təhsil Nazirliyinin müvafiq əmrləri
(lisenziyaları) əsasında iqtisadi yönüm üzrə bakalavr hazırlığı həyata keçirilir.
Bakalavr pilləsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8
semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə
ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.
Təhsilin sonunda bakalavr pilləsində təhsil alan tələbələr
buraxılış-yekun dövlət imtahanı verirlər. Orta akademik balı 4 və ya yuxarı olan
tələbələr 45-50 səhifə həcmində buraxılış işi yazırlar və müdafiə edirlər.
Müdafiədən uğurla çıxan və 4 il ərzində aldığı qiymətlərin 75%-dən çoxu əla olan
tələbələrə fərqlənmə diplomu verilir.
Əgər bakalavr pilləsində təhsil alan tələbənin orta akademik
balı 4-dən aşağıdırsa, onda tələbə yekun buraxılış imtahanı verir və adi
diplomla təmin olunur.
İxtisaslar:
- Biznesin təşkili və idarəedilməsi
- Mühasibat uçotu və audit
- Marketinq (sənaye üzrə)
- Menecment (sənaye üzrə)
- Dünya iqtisadiyyatı
- Maliyyə və kredit
- Gömrük işinin təşkili
- Vergi işinin təşkili və idarəedilməsi
- Tərcümə (ingilis dili)
- Beynəlxalq hüquq
- İqtisadiyyatın hüquqi tənzimlənməsi
- Dövlət və bələdiyyə idarəetməsi
- İqtisadiyyat
- Sənayenin təşkili və idarə edilməsi
<<< Əvvələ qayıt |
|
|
Elanlar |
 |
|
2009-cu il dekabrın 25-də Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni – 2010-cu ilin gəlişi münasibətilə bayram şənliyi keçiriləcəkdir. Bu bayramlarla əlaqədar idmanın müxtəlif növləri – voleybol, stolüstü tennis, basketbol, futzal, dama, şahmat üzrə universitet birinciliyi keçiriləcəkdir |
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl təntənələri ilə əlaqədar Universitetdə kompleks şəkildə bədii proqram və idman tədbirləri planlaşdırırlır (futzal, voleybol, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, karate, armrestlinq). |
29 dekabr 2007-ci il tarixdən 25 yanvar 2008-ci il tarixədək Universitetdə qış imtahan sessiyası keçirələcək. |
12-24 noyabr 2007-ci il tarixdə Universitetdə bütün kurslar üzrə sınaq imtahanları keçiriləcək. |
Universitetin «Gənc biznesmenlər» şən və hazırcavablar komandası «Space» televiziya kanalının «Yeni bakılılar» klubu ilə birgə layihəsi əsasında ali məktəblərarası respublika çempionatında iştirak edəcək. |
|
|
|
|