Treyninq mərkəzi
Treyninq
mərkəzi tərəfindən tələbələr müxtəlif səpgili tədbirlərə cəlb edilirlər.
Respublikamızda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərin köməyi ilə
təhsil barədə məlumat əldə etmək məqsədilə müxtəlif universitetlər, beynəlxalq
şirkətlər və təşkilatların diplomatik nümayəndələri ilə əlaqə yaradılır və
görüşlər keçirilir. Əməkdaşlıq məqsədilə xaricdə təhsil almaq məsələləri ilə
bağlı məlumat əldə etmək üçün səfirliklərin nümayəndələri ilə işgüzar görüşlər
keçirilir, diskusiyalar təşkil edilir. Universitetdə ingilis, fransız, alman və
digər xarici dilləri öyrənən tələbələrə mütəmadi elmi-nəzəri və təcrübi köməklik
göstərilir.
Böyük Britaniya səfırliyinin nəzdindəki Britaniya Şurasının təhsil bölməsi
nümayəndələri ilə treyninq mərkəzində Universitetin tələbələri və müəllimlərinin
iştirakı ilə elmi-yaradıcı görüşlər, dialoqlar, sual-cavablar keçirilmişdir.
Almaniya Federativ Respublikasının səfirliyinin nəzdindəki Alman Akademik
Mübadilə xidməti işçiləri ilə keçirilən görüşlərdə maraqlı təcrübə mübadiləsi
olmuşdur.
Səfirliyin işçiləri tərəfindən iştirakçılara tədrislə bağlı dərs və
tədris-metodik vəsaitləri, jurnallar və sair maarifləndirici kitablar hədiyyə
edilmişdir. Hazırda Universitetin kitabxanasında hədiyyə edilmiş 200-dən artıq
kitab, jurnal və tədris vəsaitləri tələbə və müəllimlərin istifadəsinə
verilmişdir.
Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələrinin
tələbələrimizlə vaxtaşırı keçirilən görüşlərində treninqlər təşkil edilir.
Ən fəal tələbələrə universitetin rektorluğu, səfirliklər və beynəlxalq
şirkətlərin nümayəndəlikləri tərəfindən müxtəlif dərəcəli sertifıkatlar verilir.
Universitetdə elmi-tədqiqat işlərinin aparılması yüksək ixtisaslı kadr
hazırlanmasında böyük rol oynayır.
|