6 Sentyabr 2010, Bazar ertəsi  bbu.edu.az Web   AXTAR  AZ   EN   RU
Universitet haqqında
Tədris
Nailiyyətlərimiz Bizness
Tədbirlər
Kitabxana
ANA SƏHİFƏ
UNİVERSİTET HAQQINDA
REKTORLUQ
FAKÜLTƏLƏR
KAFEDRALAR
XƏBƏRLƏR
TƏDRİS-TƏLİM PROSESİ
TREYNİNQ MƏRKƏZİ
TƏDBİRLƏR
ELMİ-TƏDQİQAT İŞLƏRİ
KİTABXANA
BEYNƏLXALQ ƏLAQƏLƏR
İCTİMAİ İŞLƏR
İDMAN
QƏBUL QAYDALARI
LİNKLƏR
BİZİMLƏ ƏLAQƏ
 
Universitetlə tanışlıq
Foye
Akt zalı
Treyninq zalı
İdman zalı

Azərbaycan
 
 

 

Ana səhifə » Universitet  

 

Bizim missiyamız

Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynayan biznes və sahibkarlıq sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq;

Bakı Biznes Universiteti biznes və sahibkarlıq sahəsində bilik almaq istəyən hər kəs üçün imkan yaradır və bu imkandan yararlanaraq siz beynəlxalq biznes aləminə qoşula bilərsiniz.yuxarı

 

Universitet haqqında

Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.

Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir.

Bakı Biznes Universitetində tədris prosesi 14 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 9 kafedra tərəfindən aparılır.

Universitetdə iqtisadiyyat, hüquq və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.

Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Universitetdə iki mərhələdə - bakalavr və magistr pillələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar.yuxarı

 

İxtisasalar:

  • Biznesin təşkili və idarəedilməsi
  • Mühasibat uçotu və audit
  • Marketinq (sənaye üzrə)
  • Menecment (sənaye üzrə)
  • Dünya iqtisadiyyatı
  • Maliyyə və kredit
  • Gömrük işinin təşkili
  • Vergi işinin təşkili və idarəedilməsi
  • Tərcümə (ingilis dili)
  • Beynəlxalq hüquq
  • İqtisadiyyatın hüquqi tənzimlənməsi
  • Dövlət və bələdiyyə idarəetməsi
  • İqtisadiyyat
  • Sənayenin təşkili və idarə edilməsi

 

Bizim məzunlar müxtəlif sahələrdə - dövlət və özəl sektorlarda, həmçinin müstəqil biznes və xidmət sahələrində fəaliyyət göstərirlər.

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında dərin nəzəri biliklərə və geniş praktik təcrübəyə malik, tanınmış professor-müəllim heyəti böyük əmək sərf edir.

Bakı Biznes Universitetinin zəngin kitabxanası vardır. Tələbələrimiz kitabxanada ixtisasları ilə bağlı işləməyi sevirlər. Burada saysız-hesabsız kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.

Universitetin müasir kompüter mərkəzi, linqafon kabinetləri, audio-video və digər müasir texnika ilə təchiz edilmiş ixtisas laboratoriyaları, idman kompleksi və akt zalı, müxtəlif tədris materiallarını çap etmək üçün mətbəəsi vardır. Universitetdə rübdə 1 dəfə 6-7 çap vərəqi həcmində «Audit « jurnalı nəşr edilir.

Tələbələrin elmi fəaliyyətini təşkil etmək üçün BBU-da Tələbə Elmi Cəmiyyəti, iqtisadi və sosial araşdırmalar aparmaq üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Universitet biznes aləmi üçün faydalı olan bir çox mühüm mövzularda konfranslar, simpoziumlar, elmi seminarlar və mühazirələr təşkil edir.yuxarı

 

Hüquqi əsaslar

Bakı Biznes Universiteti 1989-cu ildən başlayaraq respublikamızın bir qrup aparıcı iqtisadçı alimlərinin elmi axtarışları və tədqiqatları əsasında 1993-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınmış və institut statusu ilə fəaliyyətə başlamışdır. O, universitet statusu ilə 11 oktyabr 1997-ci il tarixində Nazirlər Kabinetinin 204 saylı qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarına əsasən, Təhsil Nazirliyi Universitetə (xüsusi razılıq) lisenziya vermiş, bakalavr və magistratura pillələrində kadr hazırlığı aparılmasını tövsiyə etmişdir.yuxarı

 

Ali idarəedici orqan - Elmi Şura haqqında

Bakı Biznes Universitetinin ali idarəedici orqani onun Elmi Şurasıdır. Universitetin Elmi Şurasının tərkibi Azərbaycan Respublikasının görkəmli alimləri və tanınmış pedaqoji mütəxəssislərindən təşkil edilmişdir. Elmi Şuranın iclaslarında əsasən Bakı Biznes Universitetində tədrisin yüksək təşkili, səmərəli idarə olunması və aparılması ilə əlaqədar mühüm məsələlər müzakirə edilir, məqsədyönlü, müvafiq qərarlar qəbul olunur və onların icrasına nəzarət işi həyata keçirilir.

Elmi Şurada həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, nəşr məsələləri, təşkilati məsələlər də müzakirə edilir və müvafiq qərarlar qəbul olunur. Elmi Şuranın iclaslarında təlim-tərbiyə işləri ilə yanaşı idman və digər kütləvi tədbirlərə də xüsusi diqqət yetirilir.

   

yuxarı

Elanlar
 2009-cu il dekabrın 25-də Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni – 2010-cu ilin gəlişi münasibətilə bayram şənliyi keçiriləcəkdir. Bu bayramlarla əlaqədar idmanın müxtəlif növləri – voleybol, stolüstü tennis, basketbol, futzal, dama, şahmat üzrə universitet birinciliyi keçiriləcəkdir
 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl təntənələri ilə əlaqədar Universitetdə kompleks şəkildə bədii proqram və idman tədbirləri planlaşdırırlır (futzal, voleybol, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, karate, armrestlinq).
 29 dekabr 2007-ci il tarixdən 25 yanvar 2008-ci il tarixədək Universitetdə qış imtahan sessiyası keçirələcək.
 12-24 noyabr 2007-ci il tarixdə Universitetdə bütün kurslar üzrə sınaq imtahanları keçiriləcək.
 Universitetin «Gənc biznesmenlər» şən və hazırcavablar komandası «Space» televiziya kanalının «Yeni bakılılar» klubu ilə birgə layihəsi əsasında ali məktəblərarası respublika çempionatında iştirak edəcək.

"Audit" jurnalı

Elektron kitabxana
 
Ana səhifəyə keçSaytın xəritəsiƏlaqə
yuxarı   yuxarı
Tel: (+99412) 4317951, (+99412) 4319118
Faks: (+99412) 4300780
E-po?t: info@bbu.edu.az
Copyright © 2007, BBU