Müsabiqə

Bakı Biznes Universiteti aşağıdakı vəzifələri tutmaq üçün

MÜSABİQƏ ELAN EDİR:

Fakültə dekanı vəzifəsini tutmaq üçün:

  • “Biznes və menecment” fakültəsi
  • “İqtisadiyyat və idarəetmə” fakültəsi

Kafedra müdiri vəzifəsini tutmaq üçün:

  • “Mühasibat uçotu və audit” kafedrası
  • “Marketinq və menecment” kafedrası
  • “Maliyyə” kafedrası
  • “İqtisadi nəzəriyyə” kafedrası
  • “Sənayenin təşkili və bələdiyyə idarəetməsi” kafedrası
  • “Humanitar elmlər” kafedrası
  • “Ali riyaziyyat və texniki fənlər” kafedrası
  • “Dillər” kafedrası

Sənədlər elan verildiyi gündən 1 (bir) ay müddətində təqdim edilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan Respublikasının Təhsil Nazirinin 09 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na müvafiq olaraq rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər.

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küç., 88a, Bakı Biznes Universiteti.