Polşanın Bıdqoş şəhəri İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş

25 noyabr 2014-cü il tarixində Bakı Biznes Universitetinin rektorluğu və Polşanın Bıdqoş şəhəri İqtisad Universitetinin nümayəndə heyəti arasında görüş keçirildi. Görüşün məqsədi universitetlər arası münasibətləri daha da inkişaf etdirmək, elm və tədris sahəsində ikitərəfli perspektiv əlaqələrin yaradılmasından ibarət idi. Elmi Şura üzvlərinin iştirakı ilə keçirilən görüş zamanı hər iki ali təhsil müəssisələrinin fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirildi. Daha sonra Universitetlər arasındakı gələcək əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi və əməkdaşlıq sazişi imzalandı.