“Müasir dövrdə idarəetmə səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda respublika elmi-praktiki konfrans

03 aprel 2015-ci il tarixində Bakı Biznes Universitetində “Müasir dövrdə idarəetmə səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransı Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov giriş sözü ilə açaraq hazırda idarəetmə səmərəliliyinin yüksəldilməsi istiqamətlərindən qısa bəhs etmişdir. Konfransda Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu, digər elm və ali təhsil müəssisələrindən nümayəndələr iştirak etmişdir. Konfransda 9 məruzə dinlənilmiş və çıxışlar edilmişdir.