Əhməd Cavad – 120

Bakı Biznes Universitetində 8 noyabr 2012-ci il tarixində istiqlal şairi Əhməd Cavadın anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “İstiqlal şerinin əbədiyyəti” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmış, Əhməd Cavadın həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir. Konfransda filologiya elmləri doktorları Alxan Bayramoğlu, Asif Rüstəmli, yazıçı Mənzər Niyarlı, kulturologiya üzrə fəlsəfə doktoru Fatimət Məmmədova, Bakı Biznes Universitetinin müəllimi, filologiya elmləri namizədi Fidan Əbdürrəhmanova çıxış etmişlər və şairin həyat və yaradıcılığı ilə bağlı maraqlı təhlillər vermişlər. Sonda Bakı Biznes Universitetinin tələbələri Əhməd Cavadın şerlərini musiqinin müşayiəti ilə konfrans iştirakçılarına çatdırmışlar.