Bakı Biznes Universitetinin 23-cü ildönümü və Novruz Bayramının gəlişi münasibətilə tədbirlər

18 mart 2016-cı il tarixində Bakı Biznes Universitetinin akt zalında Universitetin yaranmasının 23-cü ildönümü və Novruz Bayramının gəlişi münasibətilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Tədbirdə həmçinin Səbail rayonunun bir qrup məktəbliləri də iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Universitetin qazandığı uğurlardan bəhs etmişdir. Daha sonra Universitetdə keçirilən xonça müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilmişdir. Tədbirdə BBU özfəaliyyət kollektivləri ilə bərabər peşəkar yaradıcı-musiqiçilər də geniş bədii proqramla çıxış etmişlər.