“Multikulturalizm – vətəndaş cəmiyyətinin formalaşması və inkişafında prioritet istiqamətlərdən biri kimi” mövzusunda Respublika elmi-nəzəri konfransı

13 dekabr 2016-cı il tarixində Bakı Biznes Universitetində “Multikulturalizm – vətəndaş cəmiyyətinin formalaşması və inkişafında prioritet istiqamətlərdən biri kimi” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilmişdir. Konfransı Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov giriş nitqi açmış və müasir dövrdə multikultural dəyərlərin mühüm əhəmiyyətindən bəhs etmişdir. Konfransda Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarından gəlmiş alim-tədqiqatçıların məruzələri dinlənilmiş, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.