Bakı Biznes Universiteti “Azərbaycan Universitetləri Tanıtımı” sərgisində

03 iyun 2017-ci il tarixində  Bakı Biznes Universiteti “Hədəf”  kurslarının təşkil etdiyi birinci “Azərbaycan Universitetləri Tanıtımı” sərgisində təmsil olunmuşdur. Sərgidə minə yaxın abituriyent və onların valideynləri iştirak etmiş, sərgi iştirakçılarına Universitetimiz haqında ətraflı məlumat verilmişdir. Şagird və valideynlərə Bakı Biznes Universitetində həyata keçirilən təqaüd proqramları, xaricdə təhsil, karyera imkanları, tədris prosesinin müasir metodlarla həyata keçirilməsi, maddi-texniki baza və dil bilikləri haqqında məlumat verilmişdir.