“Xalq Cümhuriyyəti dövründə Azərbaycan təhsili” mövzusunda mühazirə

25 may 2018-ci il tarixində Bakı Biznes Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru i.e.d, professor İbad Abbasov  açaraq, tədbir iştirakçılarını salamladı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  belə tədbirlərin vacibliyindən bəhs etdi. O, eyni zamanda Xalq Cümhuriyyəti dövründə sosial-iqtisadi, siyasi məsələlərə toxunaraq 23 ay ərzində həyata keçirilən tədbirlərin qısa xronologiyasını verdi. Daha sonra məruzə ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü ,əməkdar elm xadimi Misir Mərdanov “Xalq Cümhuriyyəti dövründə Azərbaycan təhsili” mövzusunda mühazirə söylədi. Mövzu ilə bağlı Misir Mərdanova verilən suallar ətraflı cavablandırıldı. Sonra Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyev bugünkü tədbirin aktuallığından bəhs etməklə Bilik Fondu tərəfindən keçirilən silsilə tədbirlər barədə qısa məlumat verdi.