“Atəşgah Sığorta” şirkətinin seminarı

Bakı Biznes Universitetində 09.10.2019-cu il tarixində “Atəşgah Sığorta” şirkəti I, II və III kurs tələbələri ilə “Karyera imkanları” mövzusunda seminar keçirilmişdir. Görüşün əsas məqsədi tələbələri karyeralarını qurmaqda düzgün istiqamətləndirmək, karyeraya necə və hardan başlamaq lazım olduğunu öyrətməkdən ibarət olmuşdur. Seminardan sonra isə şirkət rəsmiləri tələbələrə “Atəşgah sığorta” şirkəti, hazırda mövcud olan vakansiya və təcrübə proqramları haqqında məlumat vermişlər. Tələbələr təcrübə proqramında iştirak ilə bağlı CV-lərini şirkət rəsmilərinə təqdim etmişlər. Növbəti mərhələdə tələbələrin müsahibəsi və təcrübə müəssisələrinə yerləşdirilməsi həyata keçiriləcəkdir.