Bakı Biznes Universiteti 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2019-cu il tarixli 737s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2019-cu il üçün “İqtisad elmləri” elm sahəsinə aid aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir:

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Doktoranturaya qəbul planı

 

Cəmi

O cümlədən:

Büdcə hesabına

Ödənişli əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

 5303.01

 Mühasibat uçotu

 3

 

 

 2

 1

 5308.01

 Ümumi iqtisadiyyat

 3

 

 

 2

 1

 5312.01

 Sahə iqtisadiyyatı

 4

 

 

 2

 2

 

 Cəmi:

 10

 

 

 6

 4

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və bu Qaydalara 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  1. Rektorun adına ərizə
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi
  3. Tərcümeyi-hal
  4. 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
  5. İş yerindən xasiyyətnamə
  6. Əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün)
  7. Çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  8. Ali təhsil müəssisəsini bitirimək haqqında diplomun (bakalavriat və magistratura səviyyələri üzrə diplomların surətləri və diploma əlavə) notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil barəsində sənədlərin tanınması haqqında şəhadətnamə)
  9. Şəxsiyyəti təsdiq edən sənədin surəti

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya sənədlər 2019-cu il dekabrın 28-nə qədər şənbə, bazar və istirahət günlərindən başqa hər gün saat 09:00-dan 17:00-a kimi Bakı Biznes Universitetinin “Doktorantura və Magistratura şöbəsi”ndə qəbul edilir.

Əlaqə tel.: (+99412) 431 91 18 (dax. 112)

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a

R E K T O R L U Q