Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş anım tədbiri

25.02.2022-ci il tarixində Bakı Biznes Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbirdən əvvəl professor-müəllim heyəti və tələbələr Universitetin foyesində Xocalı soyqırımına həsr olunmuş tələbələrin əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə Universitetin rektoru i.e.d., professor İ.M.Abbasov açaraq Xocalı soyqırımı haqqında qısa məlumat vermiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatdan sonra Universitet tələbələrinin təşkil etdiyi 20 dəqiqəlik kompozisiya təqdim edilmişdir.