Bakı Biznes Universitetinin strateji inkişafının 2014-2018-ci illər üçün strateji fəaliyyət proqramı tərtib edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”na uyğun Bakı Biznes Universitetinin strateji inkişafının növbəti 5 illik dövrü üçün (2014-2018-ci illər) strateji fəaliyyət proqramı tərtib edilmişdir.  Strateji plan professor-müəllim heyətinin potensialının yüksəldilməsi, tədrisdə məzmun keyfiyyət dəyişikliyinin aparılması, maddi-texniki bazanın müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, tələbə kontingentinin formalaşdırılması və məzunlarla iş, beynəlxalq əlaqələr istiqamətlərində fəaliyyətin perspektiv inkişafını daha yüksək formada özündə əks etdirir.