|
|
|
|
Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək
ixtisaslı mütəxəssislərə, o cümlədən, beynəlxalq
münasibətlər, kommersiya, biznes və sahibkarlığın
digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac
yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil
müəssisəsi kimi bu problemlərin həllində mühüm rol
oynayır.
Universitetimizdə tədris prosesini 2 fakültə, 9
kafedra aparır. İqtisadiyyat, hüquq və biznes
sahələri üzrə geniş profilli mütəxəssislər
hazırlamaq üçün Azərbaycan Respublikasının
tanınmış alim və mütəxəssisləri çalışırlar. Tədris
prosesinin əsas məqsədi hər bir tələbənin fərdi
keyfiyyətlərinin üzə çıxması üçün şərait
yaratmaqdır. Tədris prosesində aparıcı fənlər
təlim vaxtının 80%-ni təşkil edir. Dünya
təcrübəsinə istinad edilərək tədris müvafiq baza
müəssisələrində və laboratoriyalarda aparılır.
Universitetdə iki mərhələdə – bakalavr və magistr
pillələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr
əyani və qiyabi təhsil alırlar. Universitetdə 14
ixtisas üzrə bakalavr və magistr hazırlığı
aparılır.
|
 |
Universitetdən xəbərlər |
 |
|
 |
Elanlar |
 |
|
2009-cu il dekabrın 25-də Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni – 2010-cu ilin gəlişi münasibətilə bayram şənliyi keçiriləcəkdir. Bu bayramlarla əlaqədar idmanın müxtəlif növləri – voleybol, stolüstü tennis, basketbol, futzal, dama, şahmat üzrə universitet birinciliyi keçiriləcəkdir |
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl təntənələri ilə əlaqədar Universitetdə kompleks şəkildə bədii proqram və idman tədbirləri planlaşdırırlır (futzal, voleybol, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, karate, armrestlinq). |
29 dekabr 2007-ci il tarixdən 25 yanvar 2008-ci il tarixədək Universitetdə qış imtahan sessiyası keçirələcək. |
12-24 noyabr 2007-ci il tarixdə Universitetdə bütün kurslar üzrə sınaq imtahanları keçiriləcək. |
Universitetin «Gənc biznesmenlər» şən və hazırcavablar komandası «Space» televiziya kanalının «Yeni bakılılar» klubu ilə birgə layihəsi əsasında ali məktəblərarası respublika çempionatında iştirak edəcək. |
|
|
 |
 |
"Audit" jurnalı |
 |
|
 |
 |
|
 |
| |
|
 |
 |
| |
|
|