Bakı Biznes Universitetinin 22-ci ildönümü və Novruz Bayramının gəlişi münasibətilə tədbirlər

13 mart 2015-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında professor-müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetimizin yaradılmasının 22-ci ildönümü və Novruz Bayramının gəlişi münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə eyni zamanda Nizami rayon ümumtəhsil orta məktəblərinin bir qrup şagirdləri də iştirak etdi. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov acaraq tədbir iştirakçılarını təbrik etmiş, Universitetin qazandığı uğurlardan danışmışdır. Daha sonra Universitet üzrə keçirilən xonça müsabiqəsinin qalibləri diplomlarla təltif edilmişlər. Tədbir digər ali məktəblərdən, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Musiqi Akademiyasından dəvət olunmuş yaradıcı qruplar və BBU-nun bədii özfəaliyyət kollektivlərinin çıxışları ilə davam etmişdir.