Ana səhifə > Universitet > Heydər Əliyev “Dövlət İdarəçiliyi Məktəbi”

Heydər Əliyev “Dövlət İdarəçiliyi Məktəbi”

Bakı Biznes Universitetində artıq 2001-ci ildən Heydər Əliyev “Dövlət İdarəçiliyi Məktəbi” fəaliyyət göstərir. Burada Ümummilli Lider Heydər Əliyevin həyatı ilə bağlı nümayiş etdirilən fotostendlər professor-müəllim heyəti və tələbələrin dövrün çox vacib məlumatları ilə maariflənmələrində mühüm rol oynayır.

Heydər Əliyev “Dövlət İdarəçiliyi Məktəbi”ndə iqtisadiyyat, beynəlxalq əlaqələr, hərbi quruculuq, vətənpərvərlik, təhsil, mədəniyyət, səhiyyə və idman guşələrində istiqamətlərə müvafiq xronoloji qaydada tarixi mərhələlərin gedişi ilə tanışlıq prosesində müəllim və tələbələr bir daha Azərbaycanda Heydər Əliyev dövrünün sürətli inkişafa nail olduğunun şahidi olurlar. Burada mütəmadi olaraq elmi seminarlar keçirilir və tələbə-gənclərlə milli vətənpərvərlik ruhunda tərbiyəvi işlər aparılır.