Ana səhifə > Universitet > Kafedralar > «İqtisadi nəzəriyyə»

«İqtisadi nəzəriyyə»

  

Kafedraya iqtisad elmləri doktoru, professor Afət Tərlan oğlu Əhmədov rəhbərlik edir. Kafedrada 8 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Onlardan 2 nəfəri iqtisad elmləri doktoru, professor, 4 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, dosent, 2 nəfəri aspirant və dissertantdır.

Kafedrada «İqtisadi nəzəriyyə», «İqtisad elminin tarixi və metodologiyası», «Transmilli korporasiyalar», «Dünya iqtisadiyyatı»,  «Beynəlxalq iqtisadi münasibətlər», «Dünya iqtisadiyyatının tarixi», «İqtisad elminin müasir problemləri», «Beynəlxalq iqtisadi təşkilatlar», «Dünya iqtisadiyyatının informasiya sistemləri», «Beynəlxalq kommersiya işi», «Ölkəşünaslığın əsasları», «İnvestisiya problemlərinin dövlət tənzimlənməsi», «Xarici iqtisadi siyasət», «Azərbaycanın xarici ticarət əlaqələri», «Beynəlxalq nəqliyyat əlaqələri», «Xarici investisiya və innovasiya fəaliyyətinin əsasları» fənləri tədris edilir.

Kafedrada tədris olunan bütün fənlər Təhsil Nazirliyinin müvafiq yeni standartlarına uyğun formada tərtib olunmuş qrifli tədris proqramları əsasında tədris edilir.

Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi laboratoriyasında keçirilir. 

 

AFƏT TƏRLAN OĞLU ƏHMƏDOV
iqtisad elmləri doktoru, professor,
«İqtisadi nəzəriyyə» kafedrasının müdiri