Ana səhifə > Universitet > Kafedralar > «Ali riyaziyyat və texniki fənlər»

«Ali riyaziyyat və texniki fənlər»

  

Kafedraya riyaziyyat üzrə elmlər doktoru, professor Mahir Mirzəxan oğlu Səbzəliyev başçılıq edir. Kafedrada 2 elmlər doktoru, professor, 5 dosent, 1 iqtisadiyyat üzrə fəlsəfə doktoru və 2 baş müəllim çalışır. Professor-müəllim heyəti universitetin bütün ixtisaslarında tədrislə məşğul olurlar. Kafedrada «Xətti cəbr və riyazi analiz», «İnformatika», «Ehtimal nəzəriyyəsi və riyazi statistika», «Ekonometrika», «İqtisadi informatika», «İnformasiya kommunikasiya texnologiyaları», «Əməliyyatların tətqiqi» ilə yanaşı digər fənlər yeni yaradılmış riyaziyyat kabinetində tədris edilir.

Kafedrada elmi-tədqiqat işlərinin aparılmasına, monoqrafiya, dərslik, dərs vəsaiti, məqalələrin, müvafiq proqramların, tədris metodik vəsaitlərin və mühazirə materiallarının hazırlanmasına xüsusi fikir verilir. Kitabxanada fənnlər üzrə dərsliklər, dərs vəsaitləri və metodiki vəsaitlər mövcuddur.

Tədrisin keyfiyyətini yüksəltməklə ixtisaslı kadrların hazırlanması kafedranın fəaliyyətində mühüm yer tutur. Kafedrada fəaliyyət göstərən professor-müəllim heyətinin respublikada və xaricdə çap olunmuş çoxlu sayda məqalə və kitabları vardır.

MAHİR MİRZƏXAN OĞLU SƏBZƏLİYEV
riyaziyyat üzrə elmlər doktoru, professor,
«Ali riyaziyyat və texniki fənlər» kafedrasının müdiri