Ana səhifə > Universitet > Rektorluq

Rektorluq

Rektorluğun vəzifələri

  • Universitetin struktur bölmələrini Elmi Şuranın qəbul etdiyi qərarlara əsasən formalaşdırır;
  • Hazırlanan ixtisaslara uyğun olaraq ümumfənn və buraxılış kafedralarını formalaşdırır;
  • Normativ sənədlərin icrası üzərində nəzarəti təşkil edir;
  • Universitetdə qəbul olunmuş qərarların və verilmiş əmrlərin icrasını təşkil edir;
  • Kafedra və dekanlıqlarda tədrisin gedişatını özündə əks etdirən sənədlərin vaxtında və tələb olunan səviyyədə tərtib olunması üzərində nəzarət edir;
  • Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin hazırlanması və icrası üzərində nəzarəti təşkil edir;
  • Müvafiq nazirlik, komitə və təşkilatlardan daxil olan tövsiyə və təkliflərin icrasını təşkil edir;
  • Vətəndaşların qəbulu və onların ərizə və şikayətlərinə baxır;
  • Məzunların işlə təmin olunmasına əməli köməklik göstərir.

Rektorluğun nümayəndələri

  • İBAD MUSA OĞLU ABBASOV
    iqtisad elmləri doktoru, professor, Bakı Biznes Universitetinin rektoru
  • XATİRƏ CİNAYİDDİN QIZI ƏZİZOVA
    iqtisad üzrə fəlsəfə doktoru, tədris işləri üzrə prorektor
  • MƏLEYKƏ NAZİM QIZI ABBASOVA 
    hüquq üzrə fəlsəfə doktoru, elmi işlər üzrə prorektor
  • SABİR ABUZƏR OGLU ƏMİRXANOV
    pedaqogika üzrə fəlsəfə doktoru, dosent, tərbiyə işləri üzrə prorektor
  • EŞQİN ƏLİ OGLU BAYRAMOV
    iqtisad üzrə fəlsəfə doktoru, beynəlxalq əlaqələr üzrə prorektor
  • ŞAHİN TOFİQ OĞLU MUSAYEV
    BBU Elmi Şurasının elmi katibi

İBAD MUSA OĞLU ABBASOV
iqtisad elmləri doktoru, professor,
Bakı Biznes Universitetinin rektoru

İqtisad elmləri doktoru, professor İbad Musa oğlu Abbasov Azərbaycanın görkəmli iqtisadçı alimlərindən biridir. O, 1988-ci ildə Sankt-Peterburqda «Rabitə müəssisələrində nəzarət-təftiş işinin təkmilləşdirilməsi» mövzusunda namizədlik və 2001-ci ildə Kazan şəhərində «Auditdə maliyyə təhlili» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə elmdə və təhsildə əldə etdiyi nailiyyətlərinə görə professor elmi adına layiq görülmüşdür. İ.M.Abbasov 100-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafıya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifıdir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir.

İ.M.Abbasov 1999-cu ildən hazırkı dövrə qədər «Audit» jurnalının baş redaktorudur.

Yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. İ.M.Abbasov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. O, Azərbaycan Respublikasında Audit elmi məktəbinin yaradıcısıdır, Respublika və beynəlxalq elmi forumlarda məruzə və çıxışlarla iştirak edir. Ölkəmizdə iqtisad elminin inkişafında və iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür.

XATİRƏ  CİNAYİDDİN QIZI ƏZİZOVA

iqtisad üzrə fəlsəfə doktoru,
tədris işləri üzrə prorektor

 

 

 

 

 

 

 

MƏLEYKƏ NAZİM QIZI ABBASOVA 
hüquq üzrə fəlsəfə doktoru, elmi işlər üzrə prorektor

SABİR ABUZƏR OGLU ƏMİRXANOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
tərbiyə işləri üzrə prorektor

EŞQİN ƏLİ OGLU BAYRAMOV
iqtisad üzrə fəlsəfə doktoru,
beynəlxalq əlaqələr üzrə prorektor

ŞAHİN TOFİQ OĞLU MUSAYEV
BBU Elmi Şurasının elmi katibi