Ana səhifə > Universitet > Universitet haqqında

Universitet haqqında

Bizim missiyamız

Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynayan biznes və sahibkarlıq sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq;

Bakı Biznes Universiteti biznes və sahibkarlıq sahəsində bilik almaq istəyən hər kəs üçün imkan yaradır və bu imkandan yararlanaraq siz beynəlxalq biznes aləminə qoşula bilərsiniz.

Universitet haqqında

Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.

Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir. 19 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə müddətsiz lisenziya verilmişdir.

Bakı Biznes Universitetində tədris prosesi 18 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 8 kafedra tərəfindən aparılır.

Universitetdə iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.

Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Universitetdə iki mərhələdə – bakalavriat və magistratura səviyyələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar.

İxtisaslar:

Bakalavriat

  • Dünya iqtisadiyyatı
  • Mühasibat uçotu və audit
  • Maliyyə
  • İqtisadiyyat
  • Sənayenin təşkili və idarə edilməsi
  • Menecment
  • Marketinq
  • Biznesin idarə edilməsi
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Tərcümə (ingilis dili)

Magistratura

  • Dünya iqtisadiyyatı
  • Maliyyə
  • Mühasibat uçotu və audit
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Menecment
  • Biznesin idarə edilməsi, 56-cı (MBA) proq­ra­mı üzrə
  • Marketinq
  • İqtisadiyyat

Bizim məzunlar müxtəlif sahələrdə – dövlət və özəl sektorlarda, həmçinin müstəqil biznes və xidmət sahələrində fəaliyyət göstərirlər.

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında dərin nəzəri biliklərə və geniş praktik təcrübəyə malik, tanınmış professor-müəllim heyəti böyük əmək sərf edir.

Bakı Biznes Universitetinin zəngin kitabxanası vardır. Tələbələrimiz kitabxanada ixtisasları ilə bağlı işləməyi sevirlər. Burada saysız-hesabsız kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.

Universitetin müasir kompüter mərkəzi, linqafon kabinetləri, audio-video və digər müasir texnika ilə təchiz edilmiş ixtisas laboratoriyaları, idman kompleksi və akt zalı, müxtəlif tədris materiallarını çap etmək üçün mətbəəsi vardır. Universitetdə rübdə 1 dəfə 6-7 çap vərəqi həcmində «Audit» jurnalı nəşr edilir.

Tələbələrin elmi fəaliyyətini təşkil etmək üçün BBU-da Tələbə Elmi Cəmiyyəti, iqtisadi və sosial araşdırmalar aparmaq üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Universitet biznes aləmi üçün faydalı olan bir çox mühüm mövzularda konfranslar, simpoziumlar, elmi seminarlar və mühazirələr təşkil edir.

Hüquqi əsaslar

Bakı Biznes Universiteti 1989-cu ildən başlayaraq respublikamızın bir qrup aparıcı iqtisadçı alimlərinin elmi axtarışları və tədqiqatları əsasında 1993-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınmış və institut statusu ilə fəaliyyətə başlamışdır. O, universitet statusu ilə 11 oktyabr 1997-ci il tarixində Nazirlər Kabinetinin 204 saylı qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarına əsasən, Təhsil Nazirliyi Universitetə (xüsusi razılıq) lisenziya vermiş, bakalavr və magistratura pillələrində kadr hazırlığı aparılmasını tövsiyə etmişdir. 19 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə müddətsiz lisenziya verilmişdir.