Ana səhifə > Universitet > Kafedralar > «Sənayenin təşkili və bələdiyyə idarəetməsi»

«Sənayenin təşkili və bələdiyyə idarəetməsi»

  

Kafedraya iqtisad elmləri doktoru, professor, Əməkdar Kənd Təsərrüfatı İşçisi İslam Hacı oğlu İbrahimov rəhbərlik edir. Kafedrada 1 nəfər professor, 2 nəfər dosent, 4 nəfər fəlsəfə doktoru, 3 nəfər doktorant, 1 nəfər dissertant və 1 nəfər müəllim fəaliyyət göstərir. Kafedrada “Dövlət və bələdiyyə idarəetməsi” və “Sənayenin təşkili və idarəedilməsi” ixtisasları üzrə mütəxəssis hazırlanır. Bu ixtisasları formalaşdıran və onların modelini təşkil edən fənlərə “Dövlət idarəetmə nəzəriyyəsi”, “Bələdiyyə idarəçiliyi”, “Bələdiyyə idarəetməsinin xarici təcrübəsi”, “Müəssisənin (firmanın) iqtisadiyyatı”, “Ətraf mühitin iqtisadiyyatı”, “İnsan resurslarının idarə edilməsi”, “İdarəetmə nəzəriyyəsi”, “Sənayenin təşkili və idarə edilməsi”, “İstehsalın təşkili”, “Qeyri-neft sənayesinin iqtisadiyyatı”, “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması”, “Neft-qaz sənayesinin iqtisadiyyatı və idarə edilməsi”, “Sənayedə investisiya və innovasiya fəaliyyəti” və s. daxildir.

İxtisas fənləri ilə yanaşı digər müvafiq predmetlər də tədris edilir. Kafedranın professor-müəllim heyəti üzvləri tədrislə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Onlar mütəmadi olaraq monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələrin çapı ilə yanaşı, tədrislə əlaqədar olaraq zəruri proqramları və digər tədris-metodik vəsaitləri hazırlayıb nəşr etdirir, mühazirə materiallarını çap etdirib, istifadə olunmaq üçün universitetin kitabxanasına təhvil verirlər.

İSLAM HACI OĞLU İBRAHİMOV
iqtisad elmləri doktoru, professor,
«Sənayenin təşkili və bələdiyyə idarəetməsi»
kafedrasının müdiri