Ana səhifə > Universitet > Kafedralar > «Menecment və marketinq»

«Menecment və marketinq»

  

Kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Rahim Fərahim oğlu Sadıqov rəhbərlik edir. Kafedrada 16 professor-müəllim heyəti çalışır, onlardan, 10 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, dosent və 6 nəfəri müəllimdir. Kafedrada 3 ixtisas – «Biznesin təşkili və idarəedilməsi», «Marketinqin əsasları» və  «Menecment» üzrə 43 fənn tədris olunur. Kafedranın müəllimləri elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələrin nəşri ilə də məşğul olurlar. Kollektiv üzvləri tərəfindən tədris olunan fənlər üzrə genişləndirilmiş izahlı proqramlar, tədris-metodik vəsaitlər işlənərək nəşr edilir və mühazirə mətnləri hazırlanıb çap olunaraq magistr və bakalavrlar tərəfindən istifadə üçün universitetin kitabxanasına təhvil verilir.

Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi laboratoriyasında və fəal təlim otaqlarında keçirilir.

RAHİM FƏRAHİM OĞLU SADIQOV
iqtisad üzrə fəlsəfə doktoru, dosent,
“Menecment və marketinq” kafedrasının müdiri