Ana səhifə > Universitet > Kafedralar > «Maliyyə»

«Maliyyə»

  

Kafedraya iqtisad elmləri doktoru, professor Səlim Yanvar oğlu Müslümov rəhbərlik edir. Kafedrada 14 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Bunlardan 3 nəfəri  iqti­sad elmləri doktoru, pro­­fes­sor, 3 nəfəri iqtisad elmləri namizədi dosent, 5 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 3 nəfəri isə doktorantdır.

Kafedrada ali təhsilin bakalavr və magistratura pillələri üzrə müvafiq fənlər tədris edilir. Bunlar «Maliyyə», «Büdcə sistemi», «Pul və banklar», «Bank işi», «Qiymətli kağızlar», «Sığortanın təşkili», «Xarici ölkələrin maliyyəsi və beynəlxalq valyuta-kredit münasibətləri», «Vergi və vergitutma», «Gömrük işi», «Dövlət maliyyəsi» , «Beynəlxalq maliyyə» fənləridir.

Kafedra tərəfindən çap olunmuş dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, tədris proqramları, monoqrafiyalar, elmi məqalələr və konfrans materiallarında maliyyə, büdcə sistemi, bank işi, sığorta işi, vergi və vergitutma, gömrük işinin təşkili ilə bağlı maraqlı araşdırma materialları əks olunmuşdur.

Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi laboratoriyasında keçirilir.  

SƏLİM YANVAR OĞLU MÜSLÜMOV
iqtisad elmləri doktoru, professor, 
“Maliyyə” kafedrasının müdiri