Bakı Biznes Universitetinin akt zalında “Beynəlxalq sosial iş modelləri” mövzusunda təlim

Bakı Biznes Universitetində “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə 18 aprel 2023-cü il tarixində Sakarya Universitetinin Anabilim müdiri vəzifəsində çalışan Prof.Dr. Mehmet Zafer Danış  təlim proqramı ilə çıxış etmişdir. Prof.dr Mehmet Zafer Danış bakalavriat, magistratura  və doktorantura səviyyələrini  Hacettepe Universitetinin “Sosial iş” ixtisası üzrə birinciliklə bitirmişdir. Təlimdə Prof.Dr .Mehmet Zafer Danış “Beynəlxalq sosial iş modelləri” mövzusu üzrə sosial iş sahəsində tədqiqat apardığı Norveç və Hollandiya modelləri haqqında maraqlı məlumatlarla çııxış etmiş və təlimdə iştirak edən tələbələrin suallarını ətraflı cavablandırmışdır.