STATA proqram təminatının tətbiqi ilə data analizi üzrə təlimlər

05 dekabr 2023-cü ildən etibarən professor-müəllim heyətinin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Universitetdə “STATA proqram təminatının tətbiqi ilə data analizi” üzrə təlimə start verilib. İlkin olaraq təlimə 25 nəfər müəllim qoşulub. Kurs 3 ay müddətinə nəzərdə tutulub. Nəticə olaraq, kursu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim ediləcək. Kursun davamlı olaraq hər il keçirilməsi planlaşdırılıb.