Ana səhifə > Kitabxana > Kitabxana haqqında

Kitabxana haqqında

 

Tələbələrin sərbəst və müstəqil fəaliyyətinin səmərəli təşkilini həyata keçirmək üçün Bakı Biznes Universitetində geniş oxucu kütləsinə malik kitabxana fəaliyyət göstərir. Kitabxana fondu tədris, elmi və metodiki informasiyaların əsas mənbəyi kimi çıxış edir. Universitetin kitabxanasının ümumi sahəsi 315 m2. O cümlədən, 267 m2 olan oxu zalı mövcuddur.  Eyni zamanda 45 ədəd noutbuk və surətçıxaran aparat vardır.

Universitetin kitabxana fondunda olan 50000 nüsxəyə yaxın ədəbiyyatdan 27789 nüsxə tədris ədəbiyyatı, 7127 elmi ədəbiyyat, 15123 normativ-sorğu ədəbiyyatı və digər xarakterli ədəbiyyatlar təşkil edir.

Kitabxanada həmçinin tədris olunan bütün fənlər üzrə kafedraların professor-müəllim heyəti tərəfindən tərtib edilmiş mühazirə mətnləri çap edilmiş və cildlənmiş şəkildə toplanmışdır. Həmin materiallardan da tələbələr tərəfindən yetərincə istifadə olunur.

Kitabxanada yeni nəşr olunmuş ən müasir dərsliklərin elektron versiyalarının əldə edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Hal-hazırda Universitetdə kitabxanaçılıq fəaliyyətinin təşkili və idarə edilməsi üzrə 3 nəfər ali təhsilli mütəxəssis çalışır.