Ana səhifə > Universitet > Fakültələr

Fakültələr

  • «Biznes və menecment» fakültəsi
  • «İqtisadiyyat və idarəetmə» fakültəsi

 

Fakültə dekanlarının vəzifələri:

  • Mövcud normativ-hüquqi aktlara uyğun olaraq fakültədə tədrisin təşkili və Elmi Şuranın qəbul etdiyi qərarları icra edir;
  • Müəllimlərin mühazirə, seminar və laboratoriya məşğələlərinin keyfiyyəti üzərində nəzarət edir;
  • Dövri olaraq kafedraların tədris, elmi, mədəni-kütləvi və digər ictimai işlər sahəsindəki fəaliyyətini yoxlayır və fakültə Elmi Şurasında müzakirə edir;
  • Fakültədə dərs aparan müəllimlərin mühazirə mətnləri, məşğələ materialları, proqram və digər tədris vəsaitləri ilə təminatına nəzarət edir;
  • Tələbələrin dərsə davamiyyəti və mənimsəmə səviyyəsi üzərində nəzarət edir, zəruri hallarda valideynlərlə sıx əlaqə yaradır;
  • Professor-müəllim heyəti arasında sağlam mənəvi iqlim şəraitinin yaradılması sahəsində mütəmadi olaraq müvafiq işlər aparır;
  • Tələbələrin mühazirə və məşğələ dərsləri ilə optimal yüklənmələri üzərində nəzarət edir;
  • İmtahanların təşkili, keçirilməsi və nəticələrinin kafedralarda, fakültə Elmi Şurasında müzakirə edilməsi üzərində nəzarət edir;
  • Fakültə üzrə cari işlərin yerinə yetirilməsinə nəzarət edir.