Ana səhifə > Universitet > Kafedralar > «Dillər»

«Dillər»

  

Kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent İlahə Zabil qızı Əliyeva rəhbərlik edir. Kafedrada 14 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1 müəllim elmlər doktoru, 3 müəllim  fəlsəfə doktoru, dosent, 5 baş müəllim və 5 nəfər müəllim kimi fəaliyyət göstərir. Professor-müəllim heyətindən doktorantura və dissertantura pilləsində elmi fəaliyyətini davam etdirən 3 müəllim var.

"Dillər" kafedrası həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tədrisi həyata keçirir. Kafedra üzrə iki xarici dil – ingilis və alman dilləri tədris olunur. İngilis dili  universitet üzrə bütün ixtisaslarda tədris olunur. Eyni zamanda kafedra üzrə “Tərcümə” ixtisasında bütün fənlər ingilis dilində və II xarici dil olaraq alman dili tədris olunur.

Kafedranın müəllimləri tərəfindən «İqtisadi mətlərin tərcüməsi», «Oxuyub anlama və yazı», «Eşidib anlama və nitq», «Şifahi anlama və şifahi ifadə», «Yazılı tər­cü­­mə», «Siyasi mətnlərin tərcüməsi», «Bey­nəl­xalq qurum­lar», «Peşəkar tərcümənin əsasları»,  «İş­gü­zar ingilis dili» və sair fən­lə­r tədris olunur. Qeyd etmək lazımdır ki, fənlər Azərbaycan Respublikası Təhsil Na­zir­liyi tə­rə­fin­dən qrif verilmiş proqramlar əsasında tədris olunur.

Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani və müasir texniki vasitələrlə təchiz edilmiş linqafon otaqlarında və xüsusi laboratoriyalarda keçirilir.

İLAHƏ ZABİL QIZI ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru,
"Dillər" kafedrasının müdiri