Ana səhifə > Universitet > Kafedralar > «Humanitar elmlər»

«Humanitar elmlər»

  

Kafedraya dosent Əzim Səlim oğlu Piriyev rəhbərlik edir. Kollektiv 15 nəfərdən ibarətdir. Burada 1 elmlər doktoru, professor, 12 fəlsəfə doktoru, dosent və 2 nəfər dissertant çalışır. Kafedrada «Mülki hüquq», «İqtisadi hüquq», «Beynəlxalq hüquq», «Dövlət qulluğu», «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», «Mülki-müdafiə»,  «Kargüzarlıq və beynəlxalq yazışmalar», «Nitq mədəniyyəti», «Fəlsəfə», «Azərbaycan tarixi», «İqtisadiyyatın hüquqi tənzimlənməsi», «Psixologiya və mədəniyyətşünaslıq» fənləri tədris olunur.

Kafedra əməkdaşları tərəfindən plana uyğun formada illik elmi-tədqiqat işləri ayrı-ayrılıqda kafedra iclaslarında müzakirə edilir. Həmçinin kafedra əməkdaşları müxtəlif elmi məqalələr, o cümlədən «Audit» jurnalında problem xarakterli məqalələr dərc etdirirlər.

Tədris olunan fənlər üzrə kafedrada dərslik, dərs vəsaiti, metodiki göstəriş və ədəbiyyatlarla təminat işi yüksək səviyyədə həyata keçirilir.

Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi laboratoriyasında keçirilir.

 

ƏZİM SƏLİM OĞLU PİRİYEV
dosent,
«Humanitar elmlər» kafedrasının müdiri