Ana səhifə > Universitet > Kafedralar > «Mühasibat uçotu və audit»

«Mühasibat uçotu və audit»

  

Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Ayətulla Suvahil oğlu Cabbarov rəhbərlik edir. Kollektivin professor-müəllim heyəti 17 nəfərdən ibarətdir. Onlardan 1 nəfəri elmlər doktoru, professor, 1 nəfəri professor, 2 nəfəri dosent,  5 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 1 nəfəri baş müəllim, 7 nəfəri müəllimdir. Kafedranın 12 doktorantı var. Kafedrada “Maliyyə uçotu”, “İdarəetmə uçotu”, “Audit”, “Maliyyə təhlili”, “Maliyyə hesabatlılığı”, Maliyyə hesabatlarının təhlili”, “Sosial iqtisadi göstəricilərin elmi-statistik təhlili”, “Praktiki audit”,  “Büdcə və xəzinə uçotu”, “Statistika”, “Xarici iqtisadi fəaliyyətin təhlili”, “Fəaliyyətin effektiv idarə edilməsi”, “Tədqiqat metodları” və sair fənlər tədris edilir.

Kollektivin üzvləri tədrislə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Onlar monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalələrin, keçirilən fənlərin proqramlarının, tədris-metodik vəsaitlərinin işlənməsinə və mühazirə materiallarını hazırlayaraq universitetin kitabxanasına təhvil verilməsinə xüsusi diqqət yetirirlər.

“Mühasibat uçotu və audit” kafedrası üzrə ixtisaslaşdırılmış və ən müasir texnologiyaya malik laboratoriya fəaliyyət göstərir. Laboratoriya mühasibat və audit sahəsi üzrə əyani dərs vəsaitlərlə, texniki vasitələrlə, multimedia vasitələri ilə zəngindir. Məşğələlərdə həmin vəsaitlərdən istifadə etməklə professor-müəllim heyəti tədrisi fəal təlim üsulu əsasında qurur, biliyin aşılanmasının müasir üsullarını tətbiq edirlər. İxtisas tələbələri mühasibat uçotunun proqram təminatına dair nəzəri və praktiki bilikləri mənimsəyir, peşə vərdişlərinin kompüter texnologiyası vasitəsilə əldə edilməsinə nail olurlar.

Kafedranın əməkdaşları bir neçə xarici universitetlərdə ixtisasartırma proqramlarında iştirak etmişlər.

Kafedrada bakalavr pilləsində “Mühasibat” ixtisası,  magistratura pilləsində “Xidmət sferasında mühasibat uçotu” və “İstehsal sfedrasında mühasibat uçotu” ixtisaslaşmaları  üzrə  və doktorantura  pilləsində 5303.01 “Mühasibat uçotu” üzrə kadr hazırlığı həyata keçirilir. 

AYƏTULLA SUVAHİL OĞLU CABBAROV
iqtisad üzrə fəlsəfə doktoru,
«Mühasibat uçotu və audit» kafedrasının müdiri