Ana səhifə > Universitet > Kafedralar

Kafedralar

  • «Mühasibat uçotu və audit» kafedrası
  • «Marketinq və menecment» kafedrası
  • «Maliyyə» kafedrası
  • «İqtisadi nəzəriyyə» kafedrası
  • «Sənayenin təşkili və bələdiyyə idarəetməsi» kafedrası
  • «Humanitar elmlər» kafedrası
  • «Ali riyaziyyat və texniki fənlər» kafedrası
  • «Dillər» kafedrası

 

Kafedra müdirlərinin vəzifələri

Kafedra müdiri:

  • Növbəti tədris ili üçün professor-müəllim heyətinin komplektləşdirilməsini və akademik yüklərin normativə uyğun olaraq bölüşdürülməsini təmin edir;
  • Müəllimlər işə qəbul edilərkən onların ixtisaslarının kafedranın profilinə uyğunluğuna nəzarət edir;
  • Kafedrada tədris ili ərzində problem-mühazirələrin dinlənilməsi, elmi seminarların keçirilməsi və müzakirəsini təmin edir;
  • Xarici və respublika daxilində müvafiq ali təhsil müəssisələrinin kafedralarının iş təcrübəsini öyrənir və tətbiq edir;
  • İxtisaslar üzrə tədris olunan fənlərin dərslik, dərs vəsaiti, monoqrafiya, tədris-metodik vəsaitlərinin yazılmasını və mühazirə fondunun yaradılmasını təmin edir;
  • Kafedranın professor-müəllim heyəti arasında sağlam mənəvi-psixoloji iqlim yaradır;
  • Kafedra üzrə keyfiyyət səviyyəsinin daha da artırılması istiqamətində mütəmadi iş aparılması, əlavə məşğələ və məsləhət saatlarının keçirilməsini təmin edir;
  • Məşğələ dərsləri keçirilərkən ixtisas laboratoriyalarından, kompüter otaqlarından, audio-video və linqafon kabinetlərindən dolğun və səmərəli istifadəni təmin edir;
  • Kafedra üzrə cari işlərin yerinə yetirilməsinə nəzarət edir.