Bakı Biznes Universitetində 8 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir.
Magistratura pilləsində tələbələr seçdikləri ixtisas üzrə əyani təhsil ala bilərlər.
Əyani şöbədə təhsilin müddəti 2 ildir (4 semestr).
Təhsil aldıqları müddətdə tələbələr ixtisasları üzrə elmi-tədqiqat araşdırmaları aparırlar. Əyani şöbədə təhsil alan tələbələr I kursun sonunda və II kurs ərzində praktiki işlə tanış olmaq məqsədi ilə əlaqədar təşkilatlarda istehsalat-pedaqoji təcrübəyə göndərilirlər.
Təhsilin sonunda əyani və qiyabi şöbələrdə oxuyan tələbələr ixtisasları üzrə mövzu seçib 70-80 səhifə həcmində dissertasiya işi yazıb müdafiə etməlidirlər.
İxtisaslar: