Bakı Biznes Universitetində “Beynəlxalq autizm maarifləndirmə günü”nə həsr edilmiş tədbir

2024-cü il aprelin 4-də Bakı Biznes Universitetində “Humanitar elmlər” kafedrası tərəfindən “Beynəlxalq autizm maarifləndirmə günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə “Humanitar elmlər” kafedrasının müdir müavini f.ü.f.d. M.S.Cəfərova açaraq qonaqları, professor-müəllim heyətini və tələbələri salamladı, tədbirin mahiyyəti, əhəmiyyəti və aktuallığından bəhs etdi. Tədbirdə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Uşaq inkişafı üzrə mütəxəssis Aynur Hüseynli və Sosial işçi Elvira Bəkirova maraqlı çıxışlar etdilər və tələbələrin suallarını cavablandırdılar.