9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

09-11 oktyabr 2015-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ənənəvi olaraq Bakı Biznes Universiteti də öz fəaliyyətini nümayiş etdirmişdir. Universitet özünün tədrisdə, təhsildə əldə etdiyi uğurlar, maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, elmi-tədqiqat işi, tərbiyə, ən müasir texnologiyadan istifadə, beynəlxalq əlaqələr, tələbə asudə vaxtının təşkili ilə bağlı materiallarını sərgidə nümayiş etdirmişdir. Universitetin ən yeni nəşrlərindən ibarət stendlər sərgi iştirakçılarına nümayiş etdirilmişdir. Bakı Biznes Universitetinə aid bölmə ilə tanış olan Azərbaycan Respublikası təhsil nazirinin müavini cənab Ceyhun Bayramov Universitetin fəaliyyətinə öz razılığını bildirmişdir.