Bakı Biznes Universitetində Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşası

18 may 2016-cı il tarixində Bakı Biznes Universitetində Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında yazıçı-dramaturq Enurə Abdullayevanın Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edən “Ağ qayıq” əsərinin tamaşası olmuşdur. Tamaşa professor-müəllim heyəti və çoxsaylı tələbələr, həmçinin Yasamal rayonunun tədbirdə iştirak edən bir qrup məktəbliləri arasında böyük maraq yaratmış, Vətənə məhəbbət hissinin daha da artırılmasında əhəmiyyət kəsb etmişdir.