Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2017-ci ilin gəlişinə həsr olunan tədbir

28 dekabr 2016-cı il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2017-ci ilin gəlişi münasibətilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, professor-müəllim heyəti və çoxsaylı tələbə kontingentini, həmçinin qonaqları olan Yasamal rayonunun bir qrup məktəblilərini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişdir. Daha sonra o, Universitetin elm, təhsil və yaradıcılıq sahələrindəki uğurlarından danışmış, qarşıda duran məsələlərdən bəhs etmişdir.

Tədbirin bədii hissəsində Universitetin bədii özfəaliyyət ansamblının, rəqs kollektivinin və ŞHK komandasının iştirakı ilə böyük bayram konserti olmuşdur. Bədii hissənin sonunda Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov bədii-yaradıcı kollektivlərə uğurlar arzulamışdır.