Bakı Biznes Universitetində “20 Yanvar” faciəsinə həsr olunmuş tədbirlər

Ölkəmizin hər yerində olduğu kimi Bakı Biznes Universitetində də “20 Yanvar” faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. 17-20 yanvar tarixlərində professor-müəllim heyəti və tələbələrin Şəhidlər Xiyabanına kollektiv gedişləri təşkil edilmişdir. Yanvarın 20-də Universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri Yasamal rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinə ziyarət etmiş və abidənin önünə əklilqoyma mərasimi olmuşdur.

Eyni zamanda Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş, Şaolin-Sanda döyüş növü üzrə Respublika turniri keçirilmişdir. Yarışa 11 idman klubundan ümumilikdə 130 idmançı qatılmışdır. Turnirdə fərqlənən idmançılar medallar və diplomlarla təltif edilmişlər.