“İnformasiyalaşdırılmış cəmiyyətdə xarici dilin tədrisinin səmərəli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

21 aprel 2017-ci il tarixində Bakı Biznes Universitetinin kitabxanasında “İnformasiyalaşdırılmış cəmiyyətdə xarici dilin tədrisinin səmərəli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açaraq müasir dövrdə xarici dilin tədrisinin səmərəliliyinin yüksəldilməsi yollarından bəhs etmişdir. Tədbirdə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti və eyni zamanda Böyük Britaniya, Fransa, İsveçrə, Nigeriya və digər ölkə ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarından gəlmiş alim-tədqiqatçıların məruzələri dinlənilmiş, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.