Bakı Biznes Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2018-ci ilin gəlişinə həsr olunan tədbir

26 dekabr 2017-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2018-ci ilin gəlişi münasibətilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, professor-müəllim heyəti və çoxsaylı tələbə kontingentini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişdir. Daha sonra o, Universitetin elm, təhsil, yaradıcılıq və beynəlxalq əlaqələr sahələrində əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir.

Tədbirin bədii hissəsində Universitetin bədii özfəaliyyət ansamblının, rəqs kollektivinin və ŞHK komandasının iştirakı ilə maraqlı bayram konserti olmuşdur.