"Müasir təhsil sistemində xarici dilin inkişaf perspektivləri" mövzusunda simpozium

02 mart 2018-ci il tarixində Bakı Biznes Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müasir təhsil sistemində xarici dilin inkişaf perspektivləri” mövzusunda simpozium keçirilmişdir. Tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov açmış, tədbir iştirakçılarını salamlamış və simpoziumun aktuallığından bəhs etmişdir. Məruzələr və çıxışlarda təhsildə müasir texnologiyanın rolu, mədəniyyətlərarası dialoq vasitəsilə dilin inkişafı, multikulturalizm şəraitində xarici dillərin tədrisi, qloballaşan dünyada Azərbaycan dilinin inkişaf dinamikası və digər mövzular ətrafında müzakirələr keçirilmişdir.