“Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı

24 aprel 2018-ci il tarixində Boulevard Oteldə Bakı Biznes Universiteti tərəfindən hazırlanmış və Avropa komissiyası tərəfindən təsdiq edilmiş Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı  keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbərliyi,  bu sahədə tanınmış elm xadimləri  iştirak etmişdir. Layihənin məqsədi Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Tədbiri giriş sözü ilə Universitetimizin rektoru professor İbad Abbasov açaraq tədbir iştirakçılarını və qonaqları salamlamladı, layihə ilə bağlı qısa açıqlama verdi və bu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzuladı.

Sonra Azərbaycan  Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov layihənin həyata keçirilməsinin Azərbaycan universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün Azərbaycan Universitetlərinə tətbiqini məqsədyönlü hesab etdi.

Daha sonra  Böyük Britaniya, İspaniya, İsveç, Litva Universitetlərinin nümayəndələri çıxış edərək müasir dövr təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs etdilər.

Tədbir layihə barədə təqdimatlar ilə davam etdirildi.