Bakı Biznes Universitetinin koordinatoru olduğu layihə çərçivəsində növbəti təlimlər

Bakı Biznes Universitetinin koordinatoru-rəhbəri olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” EQAC adlı Erasmus+ layihəsi iştirakçılarının növbəti təlimləri 05-11 noyabr 2018-ci il tarixlərində Litvanın Vilnüs şəhərində keçirilir. İlk görüşlər Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Litvanın tanınmış Mykolas Romeris Universitetində keçirildi. Növbəti təlimlər isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində davam etdiriləcək. Litvada Ali Təhsildə Keyfiyyət Təminatı sahəsində aparıcı mütəxəsisslər tərəfindən həyata keçirlən təlimlərdə 11 Azərbaycan Universitetinin 36 nümayəndəsi iştirak edir. Təlimlərin məqsədi Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırlmasıdır. Bakı Biznes Univeristetinin rektorunun rəhbərliyi ilə həyata keçirlən təlimlər 11 noyabr 2018-ci il tarixinə qədər öz fəaliyyətini yüksək səviyyədə davam etdirəcək.