“British Council” Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş

27 noyabr 2018-ci il tarixində “British Council” Azərbaycan nümayəndəliyinin direktoru Samr Şah və nümayəndəliyin üzvləri Bakı Biznes Universitetinin qonağı olmuşdur. Qeyd olunan görüşdə Bakı Biznes Universitetinin rektoru i.e.d. prof., İbad Abbasov çıxış edərək qonaqlara Universitet barəsində ətraflı məlumat vermiş, 25 illik qısa bir dövrdə ölkə daxilində və beynəlxalq aləmdə əldə edilmiş uğurlar barədə qonaqları məlumatlandırmışdır. Həmçinin qeyd olunmuşdur ki, Bakı Biznes Universiteti “Bristish Council” Azərbaycan nümayəndəliyi ilə əlaqələrə önəm verir və gələcəkdə də əlaqələrin möhkəmlənməsində maraqlıdır. Nümayəndəliyin direktoru Samr Şah isə Bakı Biznes Universitetinə səfər etməkdən məmnun olduğunu və öz rəhbərliyi dövründə Bakı Biznes Universiteti ilə Böyük Britaniya Universitetləri arasında əlaqələrin daha da möhkəmlənməsinə dəstək olmağa hazır olduğunu bildirmişdir.

Daha sonra isə “Brisitih Council”-in “Creative Spark” və “Going Global 2019”  layihələri barədə müzakirələr aparılmış və müxtəlif suallar cavablandırılmışdır.