BBU-da Universitetin mətbuat xidmətinin rəhbəri, tanınmış şair- publisist Mədət Əyyuboğlunun 60 illik yubileyi qeyd edilmişdir

Bakı Biznes Universitetində mətbuat xidmətinin rəhbəri, tanınmış şair-publisist Mədət Əyyuboğlunun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Yubiley tədbirində Universitetin rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələri də iştirak etmişlər. Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tədbir iştirakçılarını salamladıqdan sonra yubilyar haqqında ətraflı məlumat vermiş, Mədət Əyyuboğlunun ölkəmizdə jurnalistikanın inkişafında müstəsna yeri və rolu olduğunu qeyd etmişdir. Sonra vurğulanmışdır ki, müstəqilliyin ilk illərində azad media quruculuğunda misilsiz xidmətlər göstərmişdir. Eyni zamanda Mədət müəllim istedadlı şair kimi çağdaş ədəbi-bədii prosesdə fərqlənməyi bacarmış, öz üslub və məramı ilə seçilmişdir. Hazırda onun publisistik yazıları konkretliliyi və aktuallığı ilə seçilir, poeziyası fəlsəfi düşüncənin ciddiliyi dərin məna kəsb edir. Sonra 60 illik yubileyi münasibətilə hədiyyə və tər gül dəstələri təqdim edilmişdir.

Sonda Mədət Əyyuboğlu onun 60 illik yubileyinin təşkilinə və xoş sözlərə görə iştirakçılara öz dərin minnətdarlığını bildirmişdir.